“Son günlər durumunu narahatlıqla izlədiyimiz Vurğun Əyyubun səhhəti ağırlaşsa da, o yaşamaq eşqi ilə həyat uğrunda mübarizəsini davam etdirir. Bu ağır durumda hər birimizin ictimai məsuliyyəti Vurğun bəyə və ailəsinə mənəvi dəstək olmaqdır”.

Open.az xəbər verir ki, bunu “Azərbaycan Demokratiya və Rifah" Hərəkatının sədri Qubad İbadoğlu "Facebook" hesabında yazıb.

O bildirib ki, bəzi jurnalistlər dəqiqləşdirilməmiş məlumatlar yayır, qeyri-dəqiq informasiyalar dərc edir: “Sizdən xahiş edirəm, nəzərə alasınız ki, Vurğun bəyin vəfatı ilə bağlı yalan məlumatların dərci onun ailəsinin narahatlığını daha da artırır, ailəyə, yaxınlara və dostlara əlavə mənəvi və fiziki əziyyət verir. Sizin və ictimaiyyətin də Vurğun bəyə olan sevgisini və nigaranlığını nəzərə alıb, əlavə məlumat verəcəyik. Vurğun bəyin dualarınıza ehtiyacı vardır, duanızı əsirgəməyin”.

Qeyd edək ki, 62 yaşlı V. Əyyub ADR Hərəkatının sədrinin I müavinidir.