Dünyanın ən böyük avtomobil istehsalçılarından "Volkswagen" Almaniyada 7 min insanın işinə son verəcəyini açıqlayıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, fəhlələrdən 4 min nəfərini Hannoverdəki, 3 min nəfərini isə Emdendeki zavodlardan çıxarılacağı qeyd olunub.

"Volkswagen" İdarə Heyətinin sədri Herbert Diess elektron avadanlıq istehsalına üstünlük veriləcəyini deyərək, bəzi modellərin müxtəlif ölkələrdə istehsal edilməsi qərarından dolayı fəhlələri işdən çıxartdıqlarını söyləyib.

Gülnar Qafarlı