Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının Sosial və elmi araşdırmalar departamenti nəzdində fəaliyyət göstərən “Vikipediya” qrupunun könüllüləri tərəfindən məşhur caz-muğam üslubunun banisi Vaqif Mustafazadə haqqında "Vikipediya"nın italyan dil bölməsində məqalə yaradılıb.

Open.az xəbər verir ki, məqalədə məşhur bəstəkarın həyat və yaradıcılığı öz əksini tapıb.

Xatırladaq ki, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının Sosial və elmi araşdırmalar departamenti nəzdində “Vikipediya” qrupu ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının "Vikipediya" könüllüləri Azərbaycan tarixi, milli mədəniyyətimizə dair bölmələrin yaradılması işini əlaqəli və sistemli şəkildə davam etdirir.