Müstəqil dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən müzəffər ordumuzun zəfər yürüşünə dəstək olaraq cəmiyyətdə vətənsevərlik ruhunun inkişafı və daha da yüksəldilməsi məqsədilə daha bir videoçarx hazırlanmışdır.

Open.az xəbər verir ki, videoçarxda istedadlı gənc xanəndə Kənan Bəşirlinin ifasında “Bayatı-Şiraz” muğamı səsləndirilir.

Videoçarxı bu linkə daxil olaraq izləmək mümkündür: https://youtu.be/r4pO4xKnNLg