Ötən gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli yazıçı-dramaturq Mark Kamolettinin “Fransızsayağı qarnir” ("ГАРНИР ПО-ФРАНЦУЗСКИ") iki hissəli musiqili lirik komediyası nümayiş olunub.

Open.az xəbər verir ki, rus bölməsinin aktyorları tərəfindən hazırlanan bu komediya tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
2011-ci ildən teatrın repertuarına daxil edilən “Fransızsayağı qarnir”in quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu-rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.

Səhnə əsərində Əməkdar artist Svetlana Bulax (Suzetta), aktyorlar – Rauf Babayev (Bernard), Emil Heydərov (Robert), Firus Məmmədov (Corc), Yuliya Heydərova (Suzanna) və Valeriya İsgəndərzadə (Jaklin) iştirak ediblər.

Qeyd edək ki, Valeriya İsgəndərova Jaklin obrazında ilk dəfə səhnəyə çıxıb.