Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın ilk Dövlət Mükafatı laureatı, özünün adlandırdığı kimi xalqın qəzəl şairi olan Əliağa Vahidin doğum günüdür.

Open.az xəbər verir ki, böyük qəzəlxanın anadan olmasından 125 il ötür.

Bir çox mənbələrdə Əliağa Vahidin doğum günü 18 fevral kimi qeyd edilsə də, oğlu Ramiz İsgəndərzadə atasının doğum gününün fevralın 17-də olduğunu deyir.

Əliağa Vahid haqqında çox deyilib, çox yazılıb. Nə qədər ki, Azərbaycan xalqı və milli musiqi xəzinəmiz olan muğam var... Əliağa Vahid də hər zaman olacaq. Çünki Vahid qəzəlləri muğamdır, klassik poeziyadır, ürəklərimizə gedən ən qısa yoldur.

Əliağa Vahidi xalq sevir, unutmur, rəhmətlə xatırlayır. Şair özü də bir zamanlar yazırdı ki: "Xalq sevsə sənətkarı, ona dağ bata bilməz".

Xalqın sevimli sənətkarı - 125 yaşlı Əliağa Vahidi doğum günündə qəzəllərinin dili ilə yad edirik: "Bir gün gələr ki, mən gedərəm, xəlq söyləyər: Biçarə Vahidin bu qəzəl yadigarıdır"

Ülviyyə Həsənqızı

Vahidəm, xəlqimin qəzəl şairiVahidəm, xəlqimin qəzəl şairi

Vahidəm, xəlqimin qəzəl şairi