2009-cu ildən etibarən hər il Mədəniyyət Nazirliyi tərəfindən Üzeyir bəy Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur.

Open.az xəbər verir ki, bu il, məlum olduğu kimi, bütün dünyanı cənginə alan koronavirus pandemiyası ilə əlaqədar ökəmizdə karantin rejimi tətbiq olunur. Karantin rejiminin yaratdığı mövcud vəziyyəti nəzərə alaraq, Üzeyir Hacıbəylinin 135 illiyi münasibətilə bu il Telefestival keçiriləcək.

Festival Mədəniyyət Nazirliyi və AzTv-nin “Mədəniyyət” kanalının birgə layihəsidir.

Festival sentyabrın 19-dan 30-dək keçiriləcək və "Mədəniyyət" kanalında yayımlanacaq.

*******

Üzeyir Hacıbəylinin 135 illiyinə həsr edilən Telefestivalın Proqramı

19 sentyabr 19:45 Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının açılışı (2019)

Çıxış edir Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri

Dirijor: Rauf Abdullayev

20 sentyabr 21:00 Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı (2010) Ü.Hacıbəyli- “O olmasın, bu olsun” musiqili komediyası

21 sentyabr 19:15 Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı (2016)

Ü.Hacıbəyli - “Leyli və Məcnun” operası

21 sentyabr 03:45 Üzeyir Hacıbəyli V Beynəlxalq Musiqi Festivalı (2013)

Fortepiano dueti axşamı Vilija Paskute və Tomas Daukantes (Litva)

22 sentyabr 20:00 Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı (2015)

Azərbaycan Dövlət Simfonik Orkestrinin Konserti

Dirijor: Əyyub Quliyev

22 sentyabr 04:55 Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı (2016)

Orfeon Kamera Xorunun konserti

Dirijor: Elnarə Kərimova

23 sentyabr 20:15 Üzeyir Hacıbəyli V Beynəlxalq Musiqi Festivalı (2013)

Münhen Yeni Filarmonik Orkestrinin Konserti

Dirijor: Fuad İbrahimov

23 sentyabr 03:15 Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı (2011) Azərbaycan Dövlət Xor Kapellasının konserti Dirijor: Gülbacı İmanova

24 sentyabr 20:30 Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı (2015)

Liyepaya Simfonik Orkestrinin konserti (Latviya)

Dirijor: Yalçın Adıgözəlov

24 sentyabr 03:00 Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı (2019)

Fortepiano Musiqisi axşamı

Solist: Filipp Kopaçevski

25 sentyabr 20:00 Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı (2019)

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti

Dirijor: Fəxrəddin Kərimov

25 sentyabr 03:15 Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı (2014)

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti

Dirijor: Rauf Abdullayev

26 sentyabr 19:20 Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı (2019)

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri

Dirijor: Dmitri Xoxlov

27 sentyabr 21:00 Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı (2019)

Q.Qarayev adına Dövlət Kamera Orkestri və Bakı Gənclər Kamera Orkestri

Dirijor: Yalçın Adıgözəlov

28 sentyabr 1. Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı (2011)

Vyana Dövlət Kamera Orkestrinin Konserti.

Dirijor: Əyyub Quliyev

2.Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı (2015)

Ü.Hacıbəyli - “Ər və arvad” musiqili komediyası

29 sentyabr 1. Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı (2015)

Zaxari Paliaşvili adına Tbilisi Dövlət Kamera Orkestri

Dirijor: Fəxrəddin Kərimov

2. Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı (2016)

Millətlər Filarmoniyası Orkestri (Almaniya)

Dirijor: Yustuz Frantz

30 sentyabr 1. Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının bağlanış konserti (2019)

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti

Dirijor: Mustafa Mehmandarov

2. Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı (2014)

Belorus Dövlət Kamera Orkestrinin Konserti

Dirijor: Yevgeni Buşkov