Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Fransa Respublikasına səfəri çərçivəsində Fondun üzv dövlətlərinin Fransada akreditə olan səfirləri ilə görüşlər keçirib.

Open.az xəbər verir ki, Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Rəhman Mustafayev, Türkiyə Respublikasının Fransa Respubblikasındakı səfiri İsmail Hakki Musa, Qazaxıstan Respublikasının Fransa Respublikasındakı səfiri Sem Jan Qaliyev, Qırğız Respublikasının Belçika Kralığındaki səfiri Muktar Djumalaev ilə keçirilən görüşlərdə G.Əfəndiyeva türk dünyasına xas mədəniyyətin, irsin mühafizəsi və dünyaya tanıdılması yönündə Fondun həyata keçirdiyi layihələrdən bəhs edib.

Görüşlərdə, Fondun fəaliyyətində təşkilata üzv olkələrin aktiv rolu qeyd edilərək, türkdilli xalqların tarixi-mədəni mirasının mühafizəsi istiqamətində birgə tədbir və layihələrin keçirilməsi ilə əlaqədar dəstək bildirilib, mövcud əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Həmçinin, səfər çərçivəsində Fondunun prezidenti G.Əfəndiyeva UNESCO-nun Baş direktorun müavini Firmin Eduard Matoko ilə keçirilən görüşdə Fond ilə UNESCO arasında mədəni irsin muhafizəsi istiqamətində qələcək birgə əməkdaşlıq müzakirə edilib.