Tanınmış rəssam Mahmud Rüstəmovun Muzey Mərkəzində açılan “UN/PUBLISHED” adlı fərdi sərgisinin vaxtı iyulun 20-dək uzadılıb.

Open.az xəbər verir ki, ziyarətçilər qeyd edilən tarixədək sərgi ilə tanış ola biləcəklər.

Qeyd edək ki, Muzey Mərkəzi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan sərgi iyunun 21-də açılmışdı.

Sərgidə rəssamın son dövrlərdə yaratdığı rəngkarlıq, qrafika, heykəltəraşlıq və müasir incəsənət əsərləri nümayiş olunur.