2019-cu ildə Azərbaycanda ən çox sevilən, xalqın filmi sayılan “Ulduz” filminin ekranlara çıxmasının 55 illiyi qeyd olunacaq.

Open.az xəbər verir ki, bu münasibətlə dekabrın 3-də Nizami Kino Mərkəzində “Ulduz” bədii filminin 55 illik yubileyi münasibətilə yenilənmiş versiyası tamaşaçılara təqdim olunacaq.

Film 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında rejissor Ağarza Quliyev tərəfindən “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Filmdə məşhur aktyorlar - Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov, Bahadur Əliyev və digər məhşur sənətkarlar rol alıb.

“Balans” milli rəqəmsal studiyası xalqın sevgisini qazanmış, ən baxımlı filmlərdən biri olmuş “Ulduz” filmini 55 illik yubileyi münasibətilə bərpa edib.

Qeyd edək ki, saat 19.00-da başlanacaq tədbirə giriş sərbəstdir.

Ülviyyə Həsənqızı