Türk kinosunun ustad sənətkarı Cüneyt Arkın gənclərə sevgi dolu ismarıc yollayıb.

Open.az xəbər verir ki, sosial şəbəkə hesabında 51 illik ömür-gün yoldaşı Betül Cüreklibatır ilə birgə fotolarını paylaşan ustad sənətkar: "Gözəl sevmədikdən sonra sevmənin heç bir mənası yoxdur. Bir sevginin azlığı və ya çoxluğundan ziyadə, necə təqdim edildiyi, yaşadıldığı vacibdir. Çox sevməyin, dəlilər kimi sevməyin. Sevəndə gözəl sevin. Həqiqi sevin..." deyərək bütün sevənlərə ismarıc göndərib.

82 yaşlı Cüneyt Arkın həyat yoldaşına xitabən: "Betülə "bebek" deyirəm. Keyfim yaxşı olanda isə "Papatyam" deyə çağırıram. Çünki bəyaz gülləri, xüsusilə çobanyastığı çiçəyini çox sevir. Betül yanımda olduqdan sonra ev uçsa, vecimə olmaz. Çünki Betülün hər məsələni, çətinliyi həll edəcəyini, yoluna qoyacağını bilirəm. And içirəm ki, ondan başqa qadına əlimi belə toxundurmamışam". deyib.

Qeyd edək ki, əsl adı Fəxrəddin Gürəklibatır olan Cüneyt Arkın 1937-ci il sentyabrın 8-də Əskişəhərin mərkəzində Qaraçay kəndində anadan olub. Babası Qurtuluş Müharibəsinə qatılmış Hacı Yaqub Cüreklibaturdur.

500-dən çox filmdə rol alan Cüneyt Arkını obrazlarının adı ilə Malkoçoğlu, Batdal Qazi, Hacı Murad kimi də tanıyırlar.

Ülviyyə Həsənqızı

Türkiyənin ustad sənətkarı gənclərə səsləndi: Çox sevməyin, gözəl sevin