Türkiyənin tanınmış aktyoru,rejissor və teatr tənqidçisi Özdemir Nutku vəfat edib.

Open.az xəbər verir ki, 88 yaşlı sənətkar ürək çatışmazlığından dünyasını dəyişib.

Özdemir Nutku ilə vida mərasimi noyabrın 10-da İzmirdə Sabançı Kültür Mərkəzində olacaq.

Qeyd edək ki, Özdemir Nutku 1931-ci ildə İstanbulda anadan olub.

Sənət fəaliyyətinə musiqiçi kimi başlayan Ö.Nutku 1946-47-ci illərdə Opera Teatrında çalışıb.

9 Eylül Universitetində Güzel Sanatlar Fakültəsini quran Ö.Nutku 78 kitabın müəllifidir.

Ülviyyə Həsənqızı