Ötən gün dünyasını dəyişən tanınmış türk musiqiçisi və aktyoru Recep Aktuğ, bu gün torpağa tapşırılıb.

Open.az xəbər verir ki, Zincirlikuyu Məscidində qılınan cənazə namazında Türkiyənin tanınmış sənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edib.

Recep Aktuğ "Aşk-ı Memnu" serialında ifa etdiyi "Hilmi bey" obrazı ilə tamaşaçıların yadında qalıb.

Bir ildir ağır xəstəlikdən əziyyət çəkən aktyor, ötən il 65 illik yubileyini xəstəxanada qeyd edib. Dəfn mərasimində iştirak edən mərhum sənətkarın xanımı Gül Aktuğ "Arkandan çok ağladım senin" deyərək, həyat yoldaşının son bir ildə KOAN xəstəliyi ilə mübarizə apardığını bildirib.

Qeyd edək ki, Mehmet Recep Aktuğ 1954-cü il mayın 13-də anadan olub. Sənət fəaliyyətinə vokal ifaçısı kimi başlayan Recep Aktuğ 1976-cı ildə Türkiyənin ilk vokal qrupu olan "Kısa Dalğa"nı yaradıb. 1979-cu ildə ifaçı Cantekin ilə birlikdə Avroviziya müsabiqəsində iştirak edib. 1981-ci ildə musiqi albomunu buraxıb.

Çoxsaylı musiqi albomlarının müəllifi olan Recep Aktuğ ömrünün son illərində reklam filmlərində və seriallarda maraqlı obrazlar ifa edib. "Kurtlar vadisi" serialında Ender bey, və "Aşk-ı Memnu" serialında ifa etdiyi Hilmi obrazı tamaşaçıların yadında daha yaxşı qalıb.

Allah rəhmət eləsin!

Ülviyyə Həsənqızı

Türkiyənin tanınmış  sənət xadimi dəfn edilib-FOTO

Türkiyənin tanınmış  sənət xadimi dəfn edilib-FOTO