Türkiyənin nüfuzlu mükafatlarından sayılan "2020 İlin Cumhurbaşkanlığı Kültür və Sənət Böyük Ödülləri"nin builki sahibləri bəlli olub.

Open.az xəbər verir ki, Türk kültür və sənət həyatına xüsusi töhfələr verən, Türkiyənin mədəniyyət və sənətinin nüfuzunu artıran əsərlərə və ya xidmətlərinə görə - kolleksiyaçı Mehmet Çebi, "Vəfa" mükafatına görə, Necmeddin Oktay, "Kültür tarixi" mükafatı Sadettin Ökten, "sosial bilimlər" mükafatı İsmail Kara, "ədəbiyyat" mükafatı İbrahim Tenekeci, "kino" Derviş Zaim, "musiqi" mükafatına isə Özdemir Erdoğan layiq görülüb.

Qeyd edək ki, yaxın günlərdə mükafatların təqdimat mərasimi keçiriləcək və mükafatları Prezident Rəcəb Tayyib Erdoğan qaliblərə təqdim edəcək.

Ülviyyə Həsənqızı

Türkiyənin nüfuzlu Mədəniyyət və Sənət Mükafatı sahiblərinin adları açıqlanıb