Türkiyənin tanınmış yazıçısı, şair və fəlsəfə adamı Oruc Aruoba vəfat edib.

Open.az xəbər verir ki, 72 yaşlı yazıçı ötən gün dünyasını dəyişib.

Türk dünyasının məhəng daşlarından biri sayılan Oruc Aruoba 1948-ci il iyulun 14-də Karamürsəldə anadan olub.

Hacettepe Universitetinin Ədəbiyyat Fakültəsinin Psixologiya bölməsində təhsil alıb. Təhsilini bitirdikdən sonra fəlsəfə üzrə bilim uzmanı, 1972-1983-cü illərdə fəlsəfə üzrə doktor olub. Çoxsaylı dərgi və informasiya agentliklərində çalışıb.

Yazdığı əsərlər və etdiyi tərcümələrlə seçilən mərhum alim 2006-2011-ci illərdə "Cevdet Kudret Edebiyyat Ödülü" Müsabiqəsinin İdarə Heyətinin üzvü olub.

Qeyd edək ki, mərhum Oruc Aruobanı Türkiyənin Nitsşesi adlandırırdılar.

Ülviyyə Həsənqızı

Türkiyənin Nitsşesi kimi tanınan fəlsəfə yazıçısı və düşüncə adamı vəfat edibTürkiyənin Nitsşesi kimi tanınan fəlsəfə yazıçısı və düşüncə adamı vəfat edibTürkiyənin Nitsşesi kimi tanınan fəlsəfə yazıçısı və düşüncə adamı vəfat edibTürkiyənin Nitsşesi kimi tanınan fəlsəfə yazıçısı və düşüncə adamı vəfat edibTürkiyənin Nitsşesi kimi tanınan fəlsəfə yazıçısı və düşüncə adamı vəfat edib