Türkiyənin Ordu vilayətinin Altınordu qəsəbəsində iki il əvvəl tərs ev inşa edilib.

Open.az xəbər verir ki, tərs evin özü kimi içərisində olan əşyalar da tərs yerləşdirilib. Belə ki, tavana quraşdırılan ev əşyaları, mətbəx və yataq otağı avadanlıqlarını görmək üçün, ölkə daxili və xaricdən çoxsayda turist Orduya axın edir.

Türkiyədə tikilən tərs ev turistləri özünə cəlb edir-FOTO

İki il ərzində 200 min turistin görməyə gəldiyi "Tərs ev"i Türkiyənin siyasi xadimləri, elm və mədəniyyət adamları da ziyarət ediblər.

Ülviyyə Həsənqızı

Türkiyədə tikilən tərs ev turistləri özünə cəlb edir-FOTO