Türkiyənin Tokat şəhərinin "Sulusokak Çarşısı"nda xalq arasında "Sık dişini helası" kimi tanınan və Osmanlı zamanından qalmış tarixi ayaqyolu bərpa edilir.

Open.az xəbər verir ki, Tokat Bələdiyyəsinin restavrasiya etdirdiyi ümumi ayaqyolu gələcəkdə "Su və Təmizlik Muzey"i kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, 1600-cü ilə aid olan və "Anadolunun ilk ümumi helası" kimi bilinən tarixi ayaqyolu 1850-ci ilə qədər işlək vəziyyətdə olub.

Ülviyyə Həsənqızı

Türkiyədə Anadolunun ilk ayaqyoluTürkiyədə Anadolunun ilk ayaqyolu