Bu gün Türkiyənin görkəmli sənətkarı, Dövlət sənətçisi titullu, Türkiyənin UNİSEF-də xoşməramlı səfiri Yıldız Kenter son mənzilə yola salınıb.

Open.az xəbər verir ki, noyabrın 17-də dünyasını dəyişən sənətkarla bu gün, əsasını qoyduğu "Kenter Teatrında" vida mərasimi keçirlib.

Vida mərasimində Türkiyənin tanınmış elm və mədəniyyət xadimləri, mərhum sənətkarın sənət dostları iştirak ediblər.

Vida mərasimindən sonra Levend məzarlığında cənazə namazı qılınan Yıldız Kenter Aşiyan qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, əsl adı Ayşe Yıldız Kenter olan aktrisa 1928-ci il oktyabrın 1-də İstanbulda diplomat Ahmet Naci Kenter və ingilis əsilli Olqa Cynthianın ailəsində dünyaya gəlib.

1962-ci ildə Türk teatrına verdiyi töhfələrə görə "İlin qadını" seçilən sənətkar 1981-ci ildə Türkiyənin Dövlət Sənətçisi titulu ilə mükafatlandırılıb.

Allah rəhmət eləsin!

Ülviyyə Həsənqızı

Türkiyə böyük sənəkarını son mənzilə yola salıb

Türkiyə böyük sənəkarını son mənzilə yola salıb