Bu gün türk inqilabi poeziyasının banisi, görkəmli şair, ssenarist, dramaturq, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin doğum günüdür.

Open.az xəbər verir ki, türk poeziyasının "mavi gözlü divi"nin 118 yaşı tamam olur.

Dünyanın hər yerində Nazim Hikməti anırlar, yad edirlər. Ədəbiyyatı, şeiri sevənlər Nazim Hikmət poeziyasına, onun şeiriyyət dünyasına biganə qala bilmirlər.

Bu gün Nazim Hikmət Türkiyədə, doğulduğu Solonikidə, Bakıda, Moskvada müxtəlif tədbirlərlə yad olunur.

1902-ci ildə dünyaya gələn və 61 il ömür yaşayan Nazim Hikmət Ranın həyatının böyük hissəsi həbsxanada və sürgünlərdə keçib.

Çox sevdiyi Türkiyəsindən uzaqda, soyuq Rusiyada torpağa tapşırılan Nazim Hikmətin məzarı da sevənlərinin and yerinə çevrilib.

Nazim Hikmət Azərbaycanda hər zaman sevilib, hörmətlə anılıb. Təsadüfi deyil ki, şairin ilk şeirlər kitabı olan "Güneşi İçenlerin Türküsü" 1928-ci ildə Bakıda nəşr edilib.

Azərbaycanda fəalyyət göstərən teatrlar zaman-zaman Nazim yaradıcılığına müraciət ediblər.

Böyük şair və dramaturqun "Şöhrət və ya unudulan adam", “Kəllə”, "Türkiyədə", “Bayramın ilk günü” "Qəribə adam" pyesləri keçmiş Sovet İttifaqının bir çox şəhərlərində, o cümlədən Bakıda səhnəyə qoyulub. Nazim Hikmətin 1959-cu ildə yazdığı “Damokl qılıncı” pyesi Bakıda, Gəncədə və Azərbaycanın bir neçə şəhər teatrlarında uğurla nümayiş olunub.

Görkəmli Azərbaycan kinorejissoru Əjdər İbrahimov "Bir məhəlləli iki oğlan", "Məhəbbətim mənim, kədərim mənim", "Qəribə oğlan" bədii filmlərini Nazim Hikmətin ölməz əsərləri əsasında ekranlaşdırıb. Dünya şöhrətli bəstəkar Arif Məlikov şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında eyniadlı balet yazıb.

Gelsene, Kalsana ,Gülsene, Ölsene deyərək səsləndiyimiz böyük Nazim bizlərə - Geldim, Kaldım, Güldüm, Öldüm deyib Vida etdi...

Ülviyyə Həsənqızı

Ben Türk dillinin şairiyim. Hayatımı buna adadım

Ben Türk dillinin şairiyim. Hayatımı buna adadım

Ben Türk dillinin şairiyim. Hayatımı buna adadım