Sentyabrın 24-ü Türk Sənət Musiqisinin Günəşi, klassik türk musiqisinin "Paşa"sı, Türkiyənin Dövlət Sənətçisi, "Altın Plak"ın ilk sahibi Zeki Mürenin anım günüdür.

Open.az xəbər verir ki, bu gün Zeki Mürenin vəfatından 24 il ötür.

Türkiyə aradan keçən 24 il ərzində Zeki Müreni unutmayıb. 1931-ci ildə Bursada doğulan Zeki Müren 64 illik həyatında əsl sənətə, türk musiqisinə xidmət göstərib.

Ömrünün son illərdində ürək çatışmazlığı və şəkər xəstəliyindən əziyyət çəkən Zeki Müren Bodrumdakı evində yaşayıb. 1996-cı il sentyabrın 24-də TRT izmir Televiziyasında onun adına hazırlanan proqramda iştirak etmək üçün gələn Zeki Mürenin efir zamanı halı pisləşir. Studiyada infark keçirən Zeki Müren, bir neçə dəqiqədən sonra gözlərini əbədi yumub.

Zeki Mürenin dəfni bu günədək Türkiyə tarixinin ən qələbəlik dəfn mərasimi olaraq yadda qalıb.

Ölümündən sonra Bodrumda uzun illər yaşadığı evi - " Zeki Müren Sənət Muzeyi" kimi fəaliyyət göstərir.

Ülviyyə Həsənqızı



Türk musiqiqinin Sənət GünəşiTürk musiqiqinin Sənət GünəşiTürk musiqiqinin Sənət GünəşiTürk musiqiqinin Sənət GünəşiTürk musiqiqinin Sənət GünəşiTürk musiqiqinin Sənət GünəşiTürk musiqiqinin Sənət GünəşiTürk musiqiqinin Sənət GünəşiTürk musiqiqinin Sənət GünəşiTürk musiqiqinin Sənət GünəşiTürk musiqiqinin Sənət GünəşiTürk musiqiqinin Sənət GünəşiTürk musiqiqinin Sənət Günəşi