Türkiyənin tanınmış dramaturqu, yazıçı və tərcüməçi, əsərləri Azərbaycan Teatrlarında dəfələrlə səhnəyə qoyulan Tuncer Cücenoğlu vəfat edib.

Open.az xəbər verir ki, bu barədə "Sözcü" məlumat yayıb.

İyunun 29-dan xəstəxanaya yerləşdirilən Tuncer Cücenoğlu xərçəngdən əziyyət çəkirdi.

7 ay əvvəl sidik kisəsində şiş aşkarlanan dramaturq təcili əməliyyat olunmuşdu. Amma ötən vaxt ərzində Tuncer Cücenoğlunun prostat və ağciyərlərində də problemlərin olduğu meydana çıxdığına görə, təcili xəstənaya yerləşdirilən Tuncer Cücenoğlunun həyatını xilas etmək mümkün olmayıb.

75 yaşlı dramaturq bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, bu il sənət həyatının 50-ci ilini qeyd edən yazıçı-dramaturqun əsərləri MDB ölkələrində, həmçinin Azərbaycanda dəfələrlə səhnəyə qoyulub.

Allah rəhmət eləsin!

Ülviyyə Həsənqızı