Martın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Trubadur" operasının tamaşası keçiriləcək.

Open.az xəbər verir ki, Dünya opera sənətinin ən dəyərli nümunələrindən olan "Trubadur" operası opera həvəskarlarının sevimli əsərlərindən biridir.

Azərbaycan Opera və Balet Teatrının rəhbərliyi tamaşanın professional səviyyəsini gücləndirmək məqsədilə əsas partiyalardan biri olan Qraf di

Luna partiyasını ifa etmək üçün Moskvanın Qelikon opera Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Maksim Perebeynosu dəvət edib.

Leonora partiyasında isə Serbiya milli operasının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yasmina Trumbetaş çıxış edəcək.

Yeri gəlmişkən bir neçə gün öncə Belqradda eyni adlı tamaşada həmin partiyanı gənc opera ulduzumuz - əməkdar artist Afaq Abbasova çox böyük uğurla ifa etmişdi.

Tamaşada digər rollarda azərbaycanlı vokal ustaları, əməkdar artistlər Fərid Əliyev (Manriko), Əliəhməd İbrahimov (Rüis), solistlər Nina Makarova

(Azuçena) və Tələt Hüseynov (Qoca qaraçı) çıxış edəcəklər.

Opera tamaşasını Opera və Balet Teatrının baş dirijoru, əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı

Əyyub Quliyev idarə edəcəkdir.

Ülviyyə Həsənqızı