Yanvarın 25-də "Qadın düşüncəsi" Kreativ Mərkəzin təqdimat mərasimi və "Torpaq, dəniz, od, səma" adlı sərginin açılışı olacaq.

Open.az xəbər verir ki, ənənə ilə müasirliyin notları üzərində köklənmiş, şəhid və aztəminatlı ailələrdən olan xanımların göz nuru, əl əməyinin bəhrəsi olan sənət əsərləri, defilelər, etnoqrafik keçmişimizə interaktiv yanaşma - Mərkəzin və sərginin əsas məqsədini təşkil edir.

Həssas təbəqələrin incəsənət vasitəsilə cəmiyyətə inteqrasiyası, sahibkarlıq fəaliyyətinin inkişafı və xanımlarda özünəinamın gücləndirilərək özünüinkişafa səylərinin yüksəldilməsi istiqamətində fəaliyyət göstərən "Qadın düşüncəsi" Kreativ Mərkəz sizi bu nəcib amala töhfə verməyə dəvət edir.

Sərgiyə giriş sərbəstdir.