Bir zamanlar ən populyar layihələrin rəhbəri, müğənnilərin kliplərinin rejissoru Zaur Qurbanov quruluşçu rejissoru və ssenari müəllifi olduğu "Cin Sovetskidə" adlı komediya filmi ilə yenidən ekranlara qayıdacaq.

Bu barədə Open.az-a Anar Cavanşir məlumat verib.

Anar Cavanşirin sözlərinə görə, filmin rejissoru olan Zaur Qurbanov yeni çəkəcəyi filmin ''Sitlikdən, bayağılıqdan, mənasız və efir etikasından kənar ifadələrdən uzaq, peşəkarlıqla işlənmiş, sözün əsl mənasında komedik bir film olacağ''ını deyib.

Qeyd edək ki, filmin çəkilişləri yaxın zamanda başa çatacaq.