Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılov tərəfindən 2009-ci ildə açılan, lakin borcları səbəbindən icralıq olan və Titanic Hotels" tərəfindən icarəyə götürülən "Mərdan Palace Hotel" aprelin 25-də istifadəyə veriləcək.

Open.az "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə "Titanic Hotels"in idarə heyətinin sədri Mehmet Aygün məlumat verib.

O, hazırlıqların böyük sürətlə davam etdiyini bildirib: "Turizm sektoru baxımından böyük əhəmiyyət daşıyan bu müəssisəni yenidən istifadəyə verəcəyimiz üçün həyəcanlıyıq. Komandalarımız kompleksin ərazisində hazırlıq işi aparırlar. Açılışdan öncə geniş mətbuat konfransı da keçirəcəyik".

Xatırladaq ki, "Mardan Palace" hoteli Antalya Kunduda 2009-cu ildə Azərbaycan əsilli iş adamı Telman İsmayılov tərəfindən 1.4 milyard dollar xərclənərək, xidmətə verilib. Amma hotel borclarına görə icralıq olub.

“Hürriyet” daha öncə də borclarına görə icralıq olub, sənədləri Halk Bankına dövr edilən "Mardan Palace" hoteli üçün "Titanik Hotels" və Maya Qrupunun masada olduğunu gündəmə gətirmişdi.

Gülnar Qafarlı