Rusiyanın tanınmış aktrisası, RSFSR Xalq artisti Nataliya Beloxvostikova əməliyyat olunub.

Open.az xəbər verir ki, ürəyindən əməliyyat edilən 68 yaşlı aktrisanın vəziyyəti ağır olaraq qalır.

Hazırda reanimasiyada olan Nataliya Beloxvostikova, xəstəxanaya ürək ritminin pozulması diaqnozu ilə gətirilib.

Xatırladaq ki, Nataliya Beloxvostikova "Tehran-43" , "İlantutan", "Qırmızı və qara", "Sirk şahzadəsi" filmlərində ifa etdiyi obrazlarla tamaşaçıların yaddaşında qalıb.

Ülviyyə Həsənqızı

Tehran-43