Yeni teatr mövsümündə teatrların ənənəvi qaydada fəaliyyəti ilə bağlı qərar Operativ Qərargah tərəfindən verilməlidir.

Open.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

"Teatrların fəaliyyəti barədə Nazirlər Kabineti yanında Operativ Qərargahla müzakirələr aparmışıq. Qərarlar hərtərəfli müzakirə olunur. Bu müzakirələr zamanı beynəlxalq təcrübə də nəzərə alınır. Eyni zamanda, ölkəmizdəki pandemiya dinamikası da diqqətdə saxlanılır. Bu səbəbdən hesab edirəm ki, mütəmadi olaraq Operativ Qərargahla məsləhətləşmələrimizi aparacağıq və onun nəticəsində qərar qəbul olunacaq. Hazırda bu məsələ müzakirə səviyyəsindədir", - deyə Anar Kərimov bildirib.