Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XIV Konfransı keçiriləcək.

Open.az xəbər verir ki, saat 11.00-da işinə başlayacaq konfransda Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri, dövlət nümayəndələri iştirak edəcək.

Neçə gündür ölkə mətbuatını zəbt edən, Teatr Xadimləri İttifaqının Konfransı ilə bağlı yayılan bütün xəbərlərə bu gün açıqlama gətiriləcək.

Həmçinin konfransda təşkilatı məsələlərə də baxılacaq və gözlənildiyi kimi Teatr Xadimləri İttifaqının sədri seçiləcək.

Open.az gün boyu konfransla bağlı məlumatları, yeni xəbərləri yayımlayacaq.

***

Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransını İttifaqın sədri Azərpaşa Nemətov açıb.

Open.az xəbər verir ki, A.Nemətov konfransa 84 nəfər nümayəndənin seçildiyini söyləyib və əlavə edib ki, konfransın işində cəmi 82 nəfər iştirak edir: "Üzrlü səbəblərə görə iki nəfər iştirak etmir. Yetərsay var. Ona görə də konfrans öz işinə başlaya bilər".

Əvvəlcə TXİ nin keçdiyi 5 il ərzində yəni son konfransdan keçən beş il ərzində baş verənlərlə baglı videoçarx nümayiş edilib.

Konfransa sədrilik etmək üçün İlham Rəhimli seçilib.

Hazırda konfransın işi davam edir. Lakin mətbuat nümayəndələri 15 dəqiqəlik videoçarxa "tamaşa" etdikdən sonra zaldan çıxarılıblar.

Ülviyyə Həsənqızı