Azərbaycan Respublikası Cənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Sərhəd Xidmətinin dəstəyi ilə keçirilən "Tarixin canlı səhifələri" proyektinin növbəti tamaşası iyun ayının 19-u saat 20.30-da Pirallahıda olacaq.

Open.az xəbər verir ki, tamaşa "Tomris" və "Eldəgizlər" adlı "iki hissədən ibarətdir.

Şanlı Azərbaycan tarixinin bir parçasını canlı görmək, dənizdən sahilə hücum edən qədimi yelkənli gəmilər, cəng arabaları (kolestnitsa), göydə uçan odlu oxlar, on metrlik tonqallar, real dekorasiya və yüzlərlə insanın,hərbiçilərin, xalq teatrlarının aktyorlarının və atların iştiraki ilə kütləvi döyüş səhnələrini görmək istəyənlər tədbirə tamaşa etmək üçün gələ bilər.

Xalq artisti Vaqif Əsədovun quruluş verdiyi tədbirdə tanınmış aktyorlar iştirak edəcək.