2016-cı ilin 16 sentyabrında ağciyər xərçəngindən vəfat edən, Türk kinosunun görkəmli sənətkarı Tarık Akanı dostları məzarı başında yad ediblər.

Tarık Akan vəfatının dördüncü ildönümündə yad edildi-FOTOLARTarık Akan vəfatının dördüncü ildönümündə yad edildi-FOTOLAR

Open.az xəbər verir ki, koronavirusa görə Bakırköy Zuhuratbaba Mezarlığı’ğına azsayda sənət dostları və ailə üzvləri iştirak edə bilib.

Tarık Akanın ziyarətinə gələn həyat yoldaşı Acun Günay, məzarlıqda göz yaşlarını saxlaya bilməyib.

Tarık Akan vəfatının dördüncü ildönümündə yad edildi-FOTOLAR

Tarık Akanın sənət dostları Rutkay Aziz və Melike Demirağ mərhum həmkarlarının qəbrini qərənfillə bəzəyiblər. Mərasimdə Tarık Akanın övladları Barış Üregül, Yaşar Üregül, Özlem Üregül, və Akan’ın 1986-1989 illərində evli olduğu keçmiş həyat yoldaşı Yasemin Erkut da iştirak edib.

Anım mərasiminə qatılan Rutkay Aziz Tarık Akanın tez-tez yuxularına gəldiyini söyləyib:

Tarık Akan vəfatının dördüncü ildönümündə yad edildi-FOTOLAR

"Həyatın ən böyük kəşfi ölümdür. Amma ölümün sonsuzadək gedişi ölümsüzlükdür. Ölümsüzlüyün də nümunəsi burada yatan Tarıkdır. Onun üçün çox darıxıram. "Nazim Hikmət Vəqfi" yaşadıqca, övladları, "Daş Məktəb", bizlər yaşadıqca, onu hər zaman yaşadacayıq. Tarık bunlara layiqdir. Tez-tez yuxuma girir. Söhbət edirik, dalaşırıq, mübahisələrimiz olur... Bir sözlə çox darıxırıq" deyə türk kinosu və teatrının digər böyük sənətkarı Rutkay Aziz mərhum dostunu belə yad edib.

Ülviyyə Həsənqızı

Tarık Akan vəfatının dördüncü ildönümündə yad edildi-FOTOLARTarık Akan vəfatının dördüncü ildönümündə yad edildi-FOTOLARTarık Akan vəfatının dördüncü ildönümündə yad edildi-FOTOLARTarık Akan vəfatının dördüncü ildönümündə yad edildi-FOTOLARTarık Akan vəfatının dördüncü ildönümündə yad edildi-FOTOLARTarık Akan vəfatının dördüncü ildönümündə yad edildi-FOTOLAR

Tarık Akan vəfatının dördüncü ildönümündə yad edildi-FOTOLARTarık Akan vəfatının dördüncü ildönümündə yad edildi-FOTOLARTarık Akan vəfatının dördüncü ildönümündə yad edildi-FOTOLARTarık Akan vəfatının dördüncü ildönümündə yad edildi-FOTOLARTarık Akan vəfatının dördüncü ildönümündə yad edildi-FOTOLAR