Türkiyənin tanınmış musiqiçisi, Cumhurbaşkanlığı Simfonik Orkestrinin (CSO) konsertmeysteri, kaman ifaçısı Oktay Dalaysel vəfat edib.

Open.az xəbər verir ki, 82 yaşlı tanınmış musiqiçinin vəfat xəbərini Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy tvitter hesabından bəyan edib. Nazir görkəmli musiqiçinin vəfatı ilə bağlı mərhumun ailəsinə başsağlığı diləyib.

Qeyd edək ki, mərhum musiqiçi uzun illər CSO"nun konsertmeysteri, (baş kamançısı) həmşinin Ankara Dövlət Konservatoriyası və Gazi Müzik Bölməsində pedaqoq kimi fəaliyyət göstərib.

Oktay Dalaysel 1987-ci ildə "Keman için Gam Metodu ve Yay Çeşitleri" adlı kitab nəşr edib.

Mərhum sənətkarın həyat yoldaşı Ezgi Savaşçı və qızı Pınar Dalaysel də kaman ifaçısıdır.

Ülviyyə Həsənqızı

Tanınmış türk musiqiçisi vəfat edib

Tanınmış türk musiqiçisi vəfat edib