Türkiyənin tanınmış musiqi qruplarından olan "Grup Lokomotif"in yaradıcısı, bas gitara ifaçısı, musiqiçi Tansu Atak vəfat edib.

Open.az xəbər verir ki infark keçirən 66 yaşlı Cemal Tansu Atak Bodrumda dünyasını dəyişib.

1970-80-ci illərin ən tanınmış musiqi qrupu - "Grup Lokomotif"in qurucusu olan Tansu Atak, 1987-ci ildə müğənni Seyyal Tanerle birlikdə Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edib.

Qeyd edək ki, tanınmış musiqiçi ötən gün Bodrumda dəfn edilib.

Ülviyyə Həsənqızı

Tanınmış türk musiqiçisi vəfat edib