Tanınmış türk kinorejissoruvə ssenaristi Nuri Bilgə Ceylan yeni film çəkir.

Open.az xəbər verir ki, "Qış yuxusu" filmi ilə Kann Film Festivalının qalibi olan məşhur rejissorun yeni filmi "Quru Otlar Üstünə" adlanacaq. Hazırda film üzərində gərgin iş prosesinə başlayan N.B.Ceylan yaxın zamanlarda ekran işi ilə bağlı ətraflı məlumat yayacağını bəyan edib.

Qeyd edək ki, Nuri Bilgə Ceylanın ekranlaşdırdığı "Qış yuxusu" filmi 2014-cü ildə Kann Film Festivalının "Qızıl Palma Budağı" mükafatına layiq görülüb.

Ülviyyə Həsənqızı

Tanınmış türk kinorejissorunun yeni filmi- Quru Otlar Üstünə