Türkiyənin tanınmış jurnalisti, "Sözcü" qəzetinin yazarı Bekir Coşkun vəfat edib.

Open.az xəbər verir ki, 75 yaşlı Bekir Coşkun uzun müddətdir ağciyər xərçəngindən əziyyət çəkirmiş.

Ötən gün dünyasını dəyişən Bekir Coşkun 1945-ci ildə Şanlı Urfada anadan olub.

1974-cü ildən mətbuat aləminə qədəm qoyan Bekir Coşkun əvvəlcə foto müxbir olaraq fəaliyyətə başlayıb. 1978-ci ildə "Günaydın" qəzetində və bir çox tanınmış media qurumlarında çalışıb.

Bekir Coşkun 2013-cü ildən "Sözcü" qəzetində fəaliyyətə başlayıb və ömrünün son günlərinədək qələmini yerə qoymayıb.

Ülviyyə Həsənqızı