Türkiyənin "Hey dərgisi"nin qurucusu, tanınmış jurnalist Doğan Şener vəfat edib.

Open.az xəbər verir ki, bu barədə məlumatı türk mediası yayıb.

82 yaşında dümyasını dəyişən Doğan Şenerin Türk Pop musiqisinin inkişafında və estrada janrında mahnılar ifa edən müğənnilərin araya-ərsəyə gəlməsində böyük xidmətləri olub.

Qeyd edək ki, Doğan Şener 1937-ci il yanvarın 8-də Zonquldaqda dünyaya gəlib.

Gənc yaşlarında Milliyet Qəzetinin maqazin müdiri olub. Sonralar "Hey Dərgisi"ni yaradan Doğan Şenerin adı əfsanə maqazin yazarı kimi yaddaşlarda qalıb.

Allah rəhmət eləsin!

Ülviyyə Həsənqızı