Türkiyənin tanınmış teatr və kino aktrisası Meral Niron vəfat edib.

Open.az xəbər verir ki, 83 yaşlı aktrisa bu gün, xəstəxanada dünyasını dəyişib.

Meral Nironu televiziya tamaşaçıları 1993-1999-cu illərdə TRT1 -də yayımlanan "Ferhundə Hanım və kızları"serialı və 2000-2008-ci illərdə isə "Bizim Evin Halleri" serialında ifa etdiyi Sakız obrazı ilə tanıyıb sevmişdilər.

Tanınmış türk aktrisası vəfat edib

Meral Niron Türkiyədə ilk dəfə rus yazıçısı Maskim Qorkinin "Ana" əsərində ana obrazını ifa edərək, 2012-ci il fevralın 6-da "Sadri Alışık adına Teatr Mükafatı"nın sahibi olub.

Allah rəhmət eləsin!

Ülviyyə Həsənqızı

Tanınmış türk aktrisası vəfat edib