Rusiyanın tanınmış multiplikatoru, rejissor Aleksandr Boqolyubov yenidən xəstəxanaya yerləşdirilib.

Open.az xəbər verir ki, ötən gün halı pisləşən 85 yaşlı rejissor, pnevmoniya diaqnozu ilə xəstəxanaya aparılsa da, həkimlər A.Boqolyubovun başqa xəstəlikdən əziyyət çəkdiyini bildiriblər.

Qeyd edək ki, Aleksandr Boqolyubov 1934-cü il dekabrın 29-da doğulub. Kiyev Dövlət Teatr və İncəsənət İnstitutunu bitirib. Odessa kinostudiyasında və "Multtelefilm"də çalışıb.

Rejissorun ən yaddaqalan filmləri "Neznaykanın macəraları" və "Zümrüd şəhərinin sehirbazı" multfilmləridir.

Xatırladaq ki, rejissorun səhhəti fevralın əvvəlində də ağırlaşmışdı. Bir müddət xəstəxanada müalicə alan Aleksandr Boqolyubovu evə buraxmışdılar.

Ülviyyə Həsənqızı

.