Cənubi Afrikanın tanınmış müğənnisi, Britaniya mənşəli musiqiçi və mahnılar müəllifi Conni Kleqq 66 yaşında vəfat edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, tanınmış müğənni xərçəng xəstəliyindən əziyyət çəkib.

Musiqiçiyə 4 il əvvəl xərçəng diaqnozu qoyulsada, aktiv həyat tərzi sürən Conni Kleqq konsertlər verməyə, qastrol səfərlərinə getməyə davam edib.

Afrikanın ənənəvi musiqisi ilə Avropa musiqisini sintez edən müğənni 1993-cü ildə Qremmi mükafatını qazanıb.

Ülviyyə Həsənqızı