Rusiyanın tanınmış aparıcısı, "Danışır Moskva" radiostansiyasının redaktoru Sergey Dorenko vəfat edib.

Open.az xəbər verir ki, tanınmış jurnalist şəxsi motosikletində qəzaya düşüb. Beton dirəklərə çırpılan motosiklet darmadağın olub. Qəza yerinə həkimlər gəlsələr də, jurnalistin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Rusiyanın aparıcı xəbər agentlikləri Sergey Dorenkonun motosikleti idarə edərkən ürək ağrılarına görə özünü pis etdiyini və idarəni itirdiyini bildiriblər.

Xatırladaq ki, 1959-cu ildə anadan olan Sergey Dorenko ötən əsrin 90-cı illərinin tanınmış televiziya aparıcısı olub.

Ülviyyə Həsənqızı