Tanınmış polyak aktyoru Voyçex Pşonyak vəfat edib.

Open.az xəbər verir ki, 78 yaşlı aktyor üç gün əvvəl dünyasını dəyişib.

V.Pşonyak 1942-ci il mayın 2-də Ukraynanın Lvov şəhərində anadan olub. 1945-ci ildə aktyorun ailəsi Polşanın Qlivise şəhərinə köçüblər.

1959-cu ildən həvəskar və tələbə teatr truppalarında çıxış edən Voyçek Pşonyak, 1961-ci ildə "Qırmızı Zürafə" adlı həvəskar kabare truppası yaradıb.

Mərhum aktyor yaradıcılığı boyunca 100-dən çox filmdə çıxış edib.

Ülviyyə Həsənqızı