Azərbaycanın tanınmış teatr və kino aktyoru İbrahim Əliyev vəfat edib.

Open.az İbrahim Əliyevin ailəsinə istinadən xəbər verir ki, mərhum sənətkar bu səhər dünyasını dəyişib. 71 yaşlı aktyorun ürəyi dayanıb.

Mərhum sənətkarın həyat yoldaşı, aktrisa Mahirə Əliyevanın Open.az-a verdiyi məlumata görə, son günlər səhhəti yenidən pisləşən aktyor, bu gün əməliyyat olunmalıymış. Təəssüf ki, İbrahim Əliyev səhər tezdən dünyasını dəyişib.

Mərhum sənətkar bu gün Bibiheybət qəbiristanlığında, anasının yanında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

Ülviyyə Həsənqızı

Tanınmış aktyor İbrahim Əliyev vəfat edibTanınmış aktyor İbrahim Əliyev vəfat edib