Sumqayıt Dövlət Dram Teatrının direktoru Əməkdar artist Mübariz Həmidovun Ali Baş Komandana ünvanladığı məktubda hər zaman Şanlı Ordumuzun uğurlu əks-hücum əməliyyatlarından qürur hissi keçirdiyini dilə gətirib:

Möhtərəm cənab Prezident!

Hörmətli Ali Baş Komandan!

Sentyabrın 27-dən Ermənistan ordusunun cəbhə bölgəsində törətdiyi təxribatlara qarşı Sizin rəhbərliyinizlə uğurlu əks-hücum əməliyyatlarını həyəcanla izləyir və qürur hissi keçiririk.

Siz Ali Baş Komandan kimi həm taktiki-manevr qabiliyyətinizlə azğınlaşmaşı düşməni öz mövqelərindən qaçmağa məcbur etdirməklə, eyni zamanda siyasi-diplomatik qüdrətinizlə informasiya müharibəsində həqiqətin qələbəsini təmin edirsiniz.

Şanlı Azərbaycan Ordusunun gücü, Sizin dünya mediasında suallara çevik reaksiyanız, hədəfə vuran dürüst cavablarınız, tarixi həqiqətə, siyasi məntiqə və beynəlxalq hüquqa əsaslanan çıxışlarınız qəlbimizi fərəh hissi ilə doldurur.

Hörmətli cənab Prezident!

Biz hər zaman Sizin yanınızdayıq. Sizinlə qürur duyuruq. Ədalətin bərpası uğrunda apardığınız mübarizədə Sizə və qəhrəman əsgərlərimizə əzm, güc-qüvvət, xalqımızla birlikdə tezliklə qələbə sevincini yaşamağı arzu edirik.

Dərin hörmətlə,

Sumqayıt Dövlət Dram Teatrının

kollektivi adından teatrın direktoru Mübariz Həmidov

Azərbaycan Respublikasının Əməkdar Artisti