Bu gün biz Azərbaycan tarixinin ən parlaq və şərəfli səhifəsini yaşayırıq. O səhifəni Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz yazır. Ölkə başçısı İlham Əliyev düşmənə, dünyaya, ikili standartlardan qaça bilməyən bəzi dövlətlərə və təşkilatlara sərt münasibətini bildirməklə Azərbaycanın siyasi iradəsini və hərbi qüdrətini göstərdi.

Ali Baş Komandanın rəvan çıxışları, həqiqəti çatdırma üslubu, faktları zamanında səsləndirməsi və ən başlıcası, milli dövlətçilik sevgisi opponentlərin aciz duruma düşməsinə səbəb olur.

Sumqayıt Dövlət Dram Teatrının kollektivi Ali Baş Komandanı, qəhrəman əsgərlərimizin hər zaman yanındadır.

Open.az xəbər verir ki, teatrın rəhbərliyi və kollektivi adından Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna ianə edilib. Bildirilib ki, bu kiçik köməklə kollektivin ürəyi zəfər yürüşünə çıxmış əsgər və zabitlərlə birgə döyünür.