SSRİ-nin banisi İosif Stalinin telefon kitabçası hərracda satılıb.

Open.az "TASS"a istinadən xəbər verir ki, bu barədə "Litfond" hərrac fondunun rəhbəri Sergey Burmistrov məlumat verib.

1950-cildə nəşr olunan telefon kitabçası 3 milyon rubla satılıb.

Qeyd edək ki, sözügedən kitabçanı Stalinin ən yaxın dostu Nikolay Şvernik saxlayıb. Orada Stalinin bağ evlərinin, bütün siyasi büroların və köməkçilərin, həmçinin Ali Kabinetin bütün üzvlərinin nömrələri qeyd edilib.

Gülnar Qafarlı

Stalinin telefon kitabçası hərracda satıldı - 3 milyona