Bu gün səhər dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin xanımı Tamara Sinyavskaya xəstəxanaya aparılmışdı.

Open.az xəbər verir ki, Tamara Sinyavskayanın yaxınları SSRİ Xalq artistinin son vəziyyəti ilə bağlı mətbuata açıqlama veriblər.

Məlumatda deyilir ki, 76 yaşlı sənətkarın vəziyyətinin qəfildən pisləşməsi hava dəyişkənliyi ilə bağlı olub.

"Hazırda T.Sinyavskaya özünü yaxşı hiss edir və səhhəti ilə bağlı mətbutda əlavə heç bir xəbərin yayılmasını istəmir" bu barədə jurnalistlərə T.Sinyavskayanın yaxınları məlumat veriblər.

Qeyd edək ki, noyabrın 12-si səhər saatlarında SSRİ Xalq artisti, Azərbaycanın Xalq artisti, opera müğənnisi Tamara Sinyavskaya kardocərrahiyyə şöbəsinə yerləşdirilmişdi.

Ülviyyə Həsənqızı

SSRİ Xalq artistinin səhhəti hava dəyişkənliyi ilə bağlı olub


SSRİ Xalq artistinin səhhəti hava dəyişkənliyi ilə bağlı olub