Görkəmli rus aktyoru, SSRİ Xalq artisti Oleq Tabakovun 85 illik yubileyi münasibətilə sərgi açılacaq.

Open.az xəbər verir ki, Oleq Tabakovun həyat və yaradıcılıq yolunu əks etdirən sərgini, mərhum sənətkarın qurucusu olduğu "Moskva Oleq Tabakov Teatrı" təşkil edəcək.

Avqustun 17-də mərhum Oleq Tabakovun 85 yaşı tamam olacaq.

SSRİ Xalq artistinin 85 illik yubileyi münasibətilə sərgi açılacaq-FOTO

Çexov adına Moskva Bədaye Teatrı (MXT) da, böyük aktyorun 85 illik yubileyi şərəfinə avqustun 12-17-də sosial mediada marafon keçirmək qərarını verib. Marafon çərçivəsində Oleq Tabakovun fotosərgisi keçiriləcək, müxtəlif filmlər və tamaşalardan olan ən məşhur sitatlarını səsləndiriləcək, bir sözlə mərhum ustada layiq olan məqamlar yenidən yad ediləcək.

SSRİ Xalq artistinin 85 illik yubileyi münasibətilə sərgi açılacaq-FOTO

Qeyd edək ki, marafon və sərgiyə Oleq Tabakova aid olan nadir foto və sənədləri "Mosfilm", "Soyuzmültfilm" , Moskva Bədaye Akademik Teatrı (MXAT) və "Sovremennik" Teatrlarının Muzeyləri təqdim ediblər.

Xatırladaq ki, Oleq Pavloviç Tabakov 1935-ci il avqustun 17-də Rusiya Federasiyasının Saratov Vilayətində anadan olub. Zəngin yaradıcılıq yolu keçən ustad sənətkar 2018-ci il martın 12-də, 82 yaşında vəfat edib.

Ülviyyə Həsənqızı

SSRİ Xalq artistinin 85 illik yubileyi münasibətilə sərgi açılacaq-FOTOSSRİ Xalq artistinin 85 illik yubileyi münasibətilə sərgi açılacaq-FOTOSSRİ Xalq artistinin 85 illik yubileyi münasibətilə sərgi açılacaq-FOTOSSRİ Xalq artistinin 85 illik yubileyi münasibətilə sərgi açılacaq-FOTOSSRİ Xalq artistinin 85 illik yubileyi münasibətilə sərgi açılacaq-FOTOSSRİ Xalq artistinin 85 illik yubileyi münasibətilə sərgi açılacaq-FOTO