Başqırdıstan teatrının daha bir aktyoru vəfat edib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, SSRİ, Rusiya və Başqırdıstanın xalq artisti, Məjid Qafuri adına Başqırdıstan Dövlət Akademik Teatrının aktrisası, Ufa şəhərinin fəxri vətəndaşı Güllü Mübarəkova 82 yaşında dünyasını dəyişib.

Güllü Mübarəkova Başqırd teatrının səhnəsində yüzlərlə rol ifa edib, iki tamaşaya quruluş verib.

Qeyd edək ki, SSRİ xalq artisti Güllü Mübarəkova 1936-cı ildə məşhur aktyorların ailəsində dünyaya gəlib.

Aktrisanın atası da SSRİ-nin xalq artisti, tanınmış rejissor və aktyor olub.

Ülviyyə Həsənqızı

SSRİ xalq artisti vəfat edib