Avqustun 9-u Azərbaycanın tanınmış teatr və kino aktyoru, Əməkdar artist, " Zirvə" mükafatı"Stanislavski" medalı laureatı Şövqi Hüseynovun doğum günüdür.

Open.az xəbər verir ki, Azərbaycan səhnəsinin istedadlı aktyorunun 47 yaşı tamam olur.

Doğum günü insan həyatında xüsusi günlərdən biridir. Sənət adamlarının dünyaya gəldikləri gün isə hər zaman bir başqa özəlliyi özündə daşıyır.

Yaşının hansısa pilləsinə qədəm qoyan sənətkar qarşıda onu gözləyən, arzusunda olduğu obrazı yaratmağa can atır.

Şövqi Hüseynov yaşıdları arasında xüsusi istedadı, bacarığı ilə seçilən və sevilən sənət xadimlərimizdən biridir.

Doğum gününü ailəsi və sevdiklərinin əhatəsində keçirəcəyini deyən Şövqi Hüseynov, avqustun 12-də Kineşmada keçirilən "Ostrovski Fest" Beynəlxalq Teatr Festivalına getməyə hazırlaşır.

Şövqi Hüseynov avqustun 25-də isə "21 illik Kontrabas"ı ilə birlikdə ABŞ-na səfərə yola düşəcək.

Xatırladaq ki, 1998-ci ildə səhnəyə qoyulan və 21 il ərzində yüzlərlə festivalda iştirak edib, qalib olan Patrik Züskindin "Kontrabas" mono-tamaşası avqustun 28, 29 və 30-da ABŞ -ın Boston şəhərində nümayiş olunacaq.

ÜLVİYYƏ HƏSƏNQIZI