RSFSR Əməkdar artisti, məşhur kino aktrisası Svetlana Svetliçnaya xəstəxanaya yerləşdirilib.

Open.az xəbər verir ki, 80 yaşlı aktrisa insult keçirib.

Kəskin baş ağrıları ilə təcili xəstəxanaya aparılan aktrisanın vəziyyətinin orta-ağır olduğu deyilir.

Qeyd edək ki, Svetlana Svetliçnaya 1940-cı il mayın 15-də Ermənistanda rus hərbiçisinin ailəsində doğulub. Atasının hərbi xidmətinə görə tez-tez yaşadıqları məkanı dəyişən ailədə Svetlanadan başqa iki övlad da böyüyüb.

Svetlana Svetliçnaya 1963-cü ildə Teatr İnstitutunu bitirib. Kinoda ilk rolu "Laylay" bədii filmində olan aktrisaya şöhrət gətirən "Brilliant əl" bədii filmində ifa etdiyi Anna Sergeyevna obrazı olub. Bu obrazla məşhurlaşan aktrisanı Sovet kinosunun seks simvolu adlandırıblar.

1973-cü ildə "Baharın 17 anı" filmində Qabi obrazını ifa edib. Aktrisanın sənət yolunda bu obrazın da xüsusi yeri var.

1974-cü ildə RSFSR Əməkdar artisti adına layiq görülən aktrisaya nədənsə Rusiyanın Xalq artisti Fəxri adı təqdim edilməyib.

Ülviyyə Həsənqızı

Sovet kinosunun seks simvolu sayılan aktrisa xəstəxanaya yerləşdirilib Sovet kinosunun seks simvolu sayılan aktrisa xəstəxanaya yerləşdirilib Sovet kinosunun seks simvolu sayılan aktrisa xəstəxanaya yerləşdirilib Sovet kinosunun seks simvolu sayılan aktrisa xəstəxanaya yerləşdirilib