Keçmiş Sovetlər İttifaqının məşhur müğənnisi, Ukrayna vətəndaşı olan Sofiya Rotaru Moskvada keçiriləcək "İlin mahnısı" Musiqi mükafatının çəkilişlərində və "Əfsanə retro FM" Musiqi Festivalında iştirak etmək üçün Moskvaya gələcək.

Open.az xəbər verir ki, Sofiya Rotaru həmçinin Moskvada yeni il qabağı keçiriləcək bir çox tədbirlər və şou-proqramlarda da iştirak edəcək.

Hər proqram üçün 3,1, 3,8 milyon rubl qonorar anlaşması imzalayan müğənni uzun zamandan sonra yenidən Moskvaya gəlməsindən məmnunluğunu dilə gətirib.

Qeyd edək ki, son zamanlar Ukrayna Rusiya arasında olan məlum münasibətlərə və səhhətində olan problemlərə görə Sofiya Rotaru Moskvada konsert proqramı ilə çıxış etmirdi.

Ülviyyə Həsənqızı

Sofiya Rotaru uzun müddətlik fasilə sonra yenidən Moskva səhnəsində